Winamp Pro Yukle


Winamp Pro v5.666 Full Yüklə

Dünya üzərində istifadəçilər tərəfindən ən çox üstünlük verilən və ən çox istifadə edilən media playerlər arasında ilk sıralarda yer alan Winamp Pro ilə hər növ səs və video fayllarınızı problemsiz bir şəkildə oxuda bilərsiniz. Proqramın interfeysi dünya miqyasında bu qədər populyar olmasının ən böyük səbəblərindən biridir. Olduqca rahat bir interfeysə malik olan Winamp`da əlverişli şəkildə yerləşdirilmiş idarə düymələri, oxutmaq istədiyiniz mahnıların yer aldığı çalma siyahısı, ekolayzır parametrləri daha çox diqqət çəkir.

Winamp 3.0 versiyasından sonrakı versiyalarda gələn müasir istifadəçi interfeysi ilə birlikdə istifadəçilərə öz multimedia oynadıcılarını istədikləri rəngdə istifadə etmələri üçün bir çox fərqli rəngdə mövzu dəstəyi də bəxş edən multiplayer, istifadəçilərini necə məmnun edəcəyini həqiqətən çox yaxşı bilir. Bu məqamda olduqca fərdiləşdirilə bilər bir media player olan Winamp üzərində özünüzə xas və sizin tərzinizi əks etdirən bir mövzu tapmağınız mümkündür.

Demək olar ki, bilinən bütün media fayllarını problemsiz bir şəkildə oynada biləcəyiniz Winamp sizi yarı yolda qoymayacağına əmin ola bilərsiniz. Sabit diskdə yer alan səs və video fayllarından başqa Winamp ilə internet üzərində yer alan bir çox keyfiyyətli radio kanalını dinləyə bilərsiniz.

Geniş səs və video tənzimləmə variantlarını istifadəçilərə təqdim edən Winamp, sahib olduğu ekolayzır dəstəyi, 100`dən çox vizual elementi və praktik çalma siyahısıyla bütün multimedia arxivini asanlıqla idarə etməyinizə və təşkil etməyinizə imkan verir.

Azərbaycanlı kompüter istifadəçiləri tərəfindən üstünlük verilən media player olan Winamp dəstəklədiyi bir çox multimedia formatı, yaxşı təşkil edilmiş asan istifadəli interfeysi, inkişaf etmiş parametrləri və fərdiləşdirmə variantları sayəsində 2013-cü ildən təkmilləşdirilməsinin dayandırılmasına baxmayaraq hələdə çox istifadə olunur.

Winamp`a alternativ bir media player axtarırsınızsa GOM Player sınaya bilərsiniz.





 Həcmi: 16 MB
YÜKLƏMƏ LİNKİ: YÜKLƏ

Share this

Related Posts

Previous
Next Post »