MoboPlay Yukle


MoboPlay v2.6.12.198 Full Yüklə

Keyfiyyətli və istifadəsi asan, Android iOS sistem idarə etmə proqramı MoboPlay`ı sizlərə təqdim edirik. MoboPlay tətbiqi ilə həm iOS, həm də Android əməliyyat sisteminə malik cihazları kompüterdə asanlıqla idarə edə bilərsiniz. 

Son illərdə müxtəlif variantlar ilə satışa təqdim olunan və alımı nisbətən daha asan olan bir çox ağıllı telefon və tablet bazarda sürətlə çoxalır. Bu cihazların əməliyyat sistemləri adətən ya iOS yada Android sisteminə malik olur. Bir qədər kölgədə qalsada Windows sisteminə malik cihazlar da sektorda yer tutmağa çalışır. Mobil dünyanın sürətinə olduqca gec girən Microsoft hazırda sektordakı iki firmanın arxasından gəlir. Hər nə qədər mobil sektorda iOS və Android sistemləri hakim olsa da, masa üstü, diz üstü kompüterlərdə hazırda Microsoftun əməliyyat sistemi olan Windows hələ də böyük fərqlə öndədir.

Mobil telefonlar həyatımızın ayrılmaz bir parçası olsa da saxlama sahələri(storage) hələ istənilən səviyyədə geniş deyil. Buna görə də, telefonlarımızın yaddaşlarını zaman zaman boşaltmağımız lazım olur və bu baxımdan yenə bir kompüterə ehtiyacımız olacaqdır. Məhz bu məqamda komputer - telefon əlaqəsi yaratmaq üçün hər sistemin öz cihazına uyğun ayrıca proqramı var və bu vəziyyət zaman zamam fərqli problemlərə yada müxtəlif çətinliklərə səbəb ola bilir.  MoboPlay proqramı bu çətinlikləri aradan qaldırmaq üçün hazırlanıb. Güclü fayl idarəçisi cihazlarınızı hər zamankindən daha asan idarə etmənizi təmin edir. Fayllarınızı, tətbiqlərinizi, melodiyalarınızı, divar kağızlarını, musiqilərişəkilləri asanlıqla telefondan kompüterə yükləyə, geri kompüterdən telefona yükləyə və mobil cihazı tam mənada idarə edə bilərsiniz. Bundan başqa proqramı cihazınızda yer açmaq üçün sürətli bir yol olaraq da istifadə edə bilərsiniz. MoboPlay, həcmi az ancaq güclü və yaxşı funksiyaları olan mobil cihazı kompüterdə idarə etmək üçün vasitəsidir. Interfeysi son dərəcə asan və rahatdır.




 Həcmi: 25 MB
YÜKLƏMƏ LİNKİ: YÜKLƏ

Share this

Related Posts

Previous
Next Post »